“Şəhid və Qazi övladlarının təhsilinə dəstək” layihəsinə DƏVƏT
“İNFONEWS” xəbər verir.
Azərbaycan Gənc Mübarizlər Təşkilatının (AGMT) idarə heyətinin təşəbüsü və təşkilatçılığı ilə ərsəyə gələn “Şəhid və Qazi övladlarının təhsilinə dəstək” layihəsi bu gün də davam edir.
Qeyd etməliyik ki, “Şəhid və Qazi övladlarının təhsilinə dəstək” layihəsinə II Qarabağ müharibəsi ərəfəsində təşkilatın könüllü üzvlərinin akademik heyətinin yardımı ilə start verilib. Bir ilə yaxın müddətdə fəaliyyət göstərən, 25 müəllimin ictimai əsaslarla könüllü olaraq qatıldığı layihədən 50 Şəhid və Qazi ailəsinin övladı yararlanıb. Layihə çərçivəsində orta məktəb müəllimləri ilə yanaşı ADPU, BANM, “ADA” Universiteti və digər universitetlərin yuxarı kurs əlaçı tələbələri böyük sevgi, qayğı və məsuliyyətlə çalışıblar. Ölkədəki mövcud pandemiya şərtlərinə ciddi riayət edilərək, dərslər onlayn formatda “ZOOM” proqramı üzərindən, məktəb kursu ödənişsiz tədris edilib.
Azərbaycan Gənc Mübarizlər Təşkilatının (AGMT) sədri Hilal Məmmədov Şəhid və Qazi övladlarının bu layihədən yararlanmağa səsləyir. Həmçinin layihədə könüllü (hazırda onlayn formatda) fəaliyyət göstərmək istəyən orta məktəb yaxud universitet müəllimləri, eləcə də pedaqoji staj toplamaq istəyən yuxarı kurs tələbələrini qatılmağa dəvət edir.
“Şəhid və Qazi övladlarının təhsilinə dəstək” layihəsində iştirak etmək istəyənlər aşağıdakı mobil nömrələrə zəng edərək və ya WhatsApp vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.
Əlaqə nömrəsi: (+994) 55 280 04 65