Bu gün Azərbaycanda koronavirusa yoluxanların SAYI

Bu gün Azərbaycanda koronavirusa yoluxanların SAYI

“İNFONEWS” xəbər verir.

Son sutka ərzində Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 3069 yoluxma faktı qeydə alınıb, 1180 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 391 min 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 345 min 783 nəfər müalicə olunaraq sağalıb, 5308 nəfər vəfat edib. Aktiv xəstə sayı 40 min 415 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 976, bu günə qədər isə ümumilikdə 4 milyon 319 min 841 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir