“Instagram”da yeni hesabından Əfqanıstana dəstək göstərdi

“Instagram”da yeni hesabından Əfqanıstana dəstək göstərdi

“İNFONEWS” xəbər verir.

Məşhur amerikalı aktrisa və BMT-nin Qaçqınlar üzrə Ali Komissarının xüsusi nümayəndəsi Ancelina Coli Əfqanıstanda vəziyyəti göstərmək üçün “Instagram”da yeni hesab açıb.

“Hazırda Əfqanıstan xalqı sosial mediada sərbəst ünsiyyət qurmaq və öz fikirlərini ifadə etmək imkanını itirir. Buna görə də bütün dünyada əsas insan hüquqları uğrunda mübarizə aparan insanların hekayələrini və səslərini sizə çatdırmaq üçün “Instagram”a gəldim”, – deyə o sosial şəbəkə hesabında yazıb.

Məşhur orada “Taliban”ın hakimiyyətə gəlişi ilə əlaqədar cəmiyyətin həyatındakı dəyişikliklərdən bəhs edən bir əfqanıstanlı yeniyetmə qızın məktubunu yerləşdirib. Qızın dediyinə görə, bundan əvvəl qadınlar öz hüquqlarını açıq şəkildə müdafiə edə, işləyə və oxuya bilirdilər. İndi cəmiyyətdə qorxu var, baxmayaraq ki, bəziləri “taliblərin dəyişdiyini” düşünür.

“Biz hesab edirik ki, hüquqlarımız pozulur”, – deyə o qeyd edib.

Coli biganə qalmayan hər kəsi Əfqanıstan xalqına dəstək və kömək göstərməyə çağırıb. Colinin yeni sosial şəbəkə hesabını artıq 4,4 milyon nəfər izləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir