Gimnastımız Vladimir Dolmatov Slovakiyada gümüş medal qazanıb

Gimnastımız Vladimir Dolmatov Slovakiyada gümüş medal qazanıb

“İNFONEWS” xəbər verir.

Slovakiyanın Bratislava şəhərində aerobika gimnastikası üzrə “Slovak Aerobic Open” beynəlxalq turnir təşkil edilib.

Azərbaycan Gimnastika Federasiyasının məlumatına görə, turnirdə böyüklər yaş kateqoriyasında kişilər arasında Vladimir Dolmatov, qadınların yarışında Nurcan Cabbarlı, 15-17 yaş qrupunda Dilarə Qurbanova və 12-14 yaşlı gimnastlar arasında Məryəm Topçubaşova iştirak edib.

Yarışda ən yaxşı nəticəni son dünya çempionatının finalçısı olan V. Dolmatov göstərərək fəxri kürsünün ikinci pilləsində qərarlaşıb. Türkiyə və İndoneziya gimnastları isə müvafiq olaraq birinci və üçüncü sırada yer alıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir