Bu gün Azərbaycanda koronavirusa yoluxanların SAYI – 24 avqust

Bu gün Azərbaycanda koronavirusa yoluxanların SAYI-24 avqust

“İNFONEWS” xəbər verir.

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3583 yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 min 34 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 min 454 nəfər müalicə olunaraq sağalıb, 5 min 370 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 min 210 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508, bu günə qədər isə ümumilikdə 4 milyon 344 min 428 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir