Bu avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək
“İNFONEWS” xəbər verir.
Avqustun 25-dən 165 nömrəli marşrut xətti (Mehdiabad qəsəbəsi (Qarant Yaşayış Kompleksi) – A.M.Şərifzadə küçəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.
Bakı Nəqliyyat Agentliyindən bildirilib ki, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə marşrutun hərəkət sxemi üzrə Binəqədi qəsəbəsində Binəqədi Gənclər Şəhərciyi, C.Cabbarlı küçəsi yaxınlığı, Binəqədi qəsəbə mərkəzi, “Muxtar” marketin yaxınlığı, Novxanı yolu,
Binəqədi şosesi işıqforun yanı, Rəsulzadə qəsəbəsindəki park ərazisində yerləşən “OBA” marketlərdə “BakıKart” balansının artırılması üçün POS terminallar quraşdırılıb.