Kapital Bank minaların təmizlənməsi prosesinə dəstək göstərir
“İNFONEWS” xəbər verir.
Kapital Bank sosial yönümlü fəaliyyətinə uyğun olaraq işğaldan azad olunan torpaqlarda minalardan təmizlənməsi prosesinə də öz töhfəsini verir.
Bank minaların aşkar edilib zərərsizləşdirilməsi prosesinə dəstək göstərərək, yeni layihəyə dəstək göstərib.
Layihə çərçivəsində 26 avqust 2021-ci il tarixində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və Marşal İrsi İnstitutunun (MLI) prezidenti Perri Baltimorun iştirakı ilə anlaşma memorandumu imzalanıb. Memorandum çərçivəsində 2023-cü ilə qədər Amerikadan Azərbaycana xüsusi təlim keçmiş 30 minaaxtaran it gətiriləcək.
İmzalanma mərasimində iştirak edən Kapital Bank-ın İdarə Heyəti sədrinin Beynəlxalq əlaqələr üzrə müşaviri Vüqar Sadiq layihədə iştirakın əhəmiyyətindən danışıb və dördayaqlılara bu çətin işdə uğurlar arzulayıb. İtlərdən biri rəmzi olaraq Kapital Bank tərəfindən “Birinci” adlandırılıb və onun üzərinə bankın adının əks olunduğu xüsusi xalta bağlanılıb.
Qeyd edək ki, tədbirdən əvvəl, 25 avqust 2021-ci il tarixində MLI və ANAMA nümayəndələri və digər təşkilatçılar Füzuliyə gətirilən 10 baş minaaxtaran itə baş çəkiblər, onların saxlanması, qidalanması və gələcək akkreditasiya prosedurları barədə geniş məlumatlar alıblar.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 103 filialı və 21 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.