“Səhər tezdən istixanaya gedirəm, elə naharı da oradaca edirəm”
“İNFONEWS” xəbər verir.
Vətənimizdən kənarda yaşayan həmyerlilərimiz haqqında xoş məlumatlar eşitmək, xarici telekanallarda onlara həsr edilmiş reportajları izləmək olduqca sevindiricidir.
Dünən Rusiyanın “Rossiya 1” telekanalının “Vesti” proqramının növbəti xəbərlər buraxılışında fermer təsərrüfatı ilə məşğul olan soydaşımız Cəlil Rəfiyev barəsində hazırlanmış reportajın efirə getməsi olduqca qürurverici oldu.
Şüjetdə azərbaycanlı Cəlil Rəfiyevin Rusiyanın Komi Respublikasının Vorkuta şəhərində 1992-ci ildən yaşamasından, buraya köçdüyü gündən kənd təsərrüfatı ilə məşğul olmasından, hazırda isə həm quşçuluq, həm də bitkiçilik təsərüffatının inkişafı istiqamətində ciddi işlər görməsindən söz açılıb. Qeyd edilib ki, yerli sakinlər, eləcə də ətraf rayonlarda yaşayan əhali Cəlil Rəfiyevi yaxından tanıyır, ən təzə göyərti və ət məhsullarını ondan əldə edirlər.
“Səhər tezdən istixanaya gedirəm, elə naharı da oradaca edirəm” –deyən, Cəlil Rəfiyev qısa zaman ərzində fermer təsərrüfatının genişlənməsi və həmçinin, yerli kənd təsərrüfatının dirçəldilməsinin zamanın gəldiyini vurğulayıb.
“İNFONEWS” komandası olaraq, Cəlil Rəfiyevə can sağlığı, gödüyü işlərdə uğurlar arzulayırıq.
“Rossiya 1” telekanalının “Vesti” proqramı təqdim edirik: