Toylarla bağlı Nazirlər Kabinetindən yeni qərar
“İNFONEWS” xəbər verir.
Toyların COVID pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub
Baş nazir Əli Əsədov “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Dəyişikliyə əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi (bundan sonra – COVID-19 pasportu) olmalıdır və şənlik mərasimlərində iştirak edən qonaqlar üçün tənəffüs yollarını qoruyan fərdi vasitələrdən məcburi istifadə tələb olunmur.
Bu qərara qədər 50 nəfərə qədər iştirakçısı olan mərasimlərdə COVID-19 pasportu tələb olunmurdu.