Culfa şəhərinin yol-nəqliyyat infrastrukturu yenilənir
“İNFONEWS” xəbər verir.
Culfa şəhər Elşad Nağıyev, Mikayıl Müşfiq və Cəlil Məmmədquluzadə küçələrinin daxili avtomobil yolları və piyada keçidlərində aparılan yenidənqurma işləri davam etdirilir.
Məlumata görə, yol kənarı boyunca kilid daşlar salınıb, rabitə və elektrik xətləri yenilənib, yolların asfaltlanması işi başa çatıb. Şəhərdaxili yollarda görülən abadlıq işləri tezliklə yekunlaşacaq.
Qeyd edək ki, ötən ay rayon üzrə yollara 94 ton asfalt salınıb, 122 ton bitum səpilib. Darıdağ Arsenli Su Müalicəxanasına gedən avtomobil yolu ətrafında 110 diametrdə, 20 atmosfer gücündə 1660 metr uzunluğunda su xətti, əlavə olaraq yolun kənar hissəsində 100 metr uzunluğunda suötürücü kanal xətti çəkilib. Hazırda həmin ərazidə son tamamlama işləri görülür.