Hava proqnozu Hüseyn Ağazadənin təqdimatında

Hava proqnozu Hüseyn Ağazadənin təqdimatında

“İNFONEWS” –un 1 avqustda start verdiyi “Hava proqnozu həyatımızı bəzəyən balacaların təqdimatında” lahiyəsinnin bu gün sonuncu buraxılışıdır.

Bu sonuncu buraxılışda hava haqqında məlumatı Ağazadələr ailəsinin  ən kiçik üzvü, təbəssümü ilə ürəkləri fəth edən bapbalaca igid Hüseyn təqdim edir:  

1 sentyabrda Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə zəif duman olacaq. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti, Bakıda gecə 23-25° isti, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.

Azərbaycanın rayonlarında: Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir