DİQQƏT! Bu məlumatı təqdim etməyənlərin profili bağlanacaq

DİQQƏT! Bu məlumatı təqdim etməyənlərin profili bağlanacaq

İnstaqram sosial şəbəkəsi azyaşlı istifadəçilərinin hüquqlarının qorunması üçün müvafiq addımlar atmaqda davam edir.

“İNFONEWS” “Haber Global”-a istinadən xəbər verir ki, bu günlərdə şirkət şəbəkə ilə bağlı daha bir yeniliyə imza atıb.

Bundan sonra instaqrama daxil olmaq üçün doğum tarixinin qeyd olunması məcburi olacaq. Lazımi məlumatı bölüşməyənlərin isə profili bağlanacaq.

Həmçinin, şəbəkə süni intellekt vasitəsilə verilən məlumatların həqiqiliyini də yoxlayacaq.

Şirkətdən verilən məlumata görə, bu tələb azyaşlıların uyğunsuz reklam və kontentdən qorunması məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir