Azərbaycanda COVİD-19-a yoluxma ilə bağlı vəziyyət elə bir həddə gəlib çatıb ki, sərt tədbirlərə mütləq əl atılmalıdır.
“İNFONEWS” xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirdiyi brifinqdə Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib.
Adil müəllimin sözlərinə görə, insanlar nə qədər bir yerə çox toplaşacaqsa, bir o qədər də yoluxma sayı çox olacaq:
“Ona görə də ciddi qərarlar qəbul edilməlidir. Əks halda, xəstəxanalarda yer qalmayacaq. Sərt tədbirlər görülməsə, yoluxma sayını azaltmaq mümkün deyil”.
A.Allahverdiyev bildirib ki, karantin tədbirlərinin yumşaldılması, müharibənin başlaması COVİD-19-u 2-ci plana keçirdi və ya tam unutdurdu. Bunun sayəsində xəstəlik sayı 4000-ü ötməkdədir, ölüm sayı da artıb.