“Ümid” partiyasının sədr müavininin qızı və qardaşı oğlu itkin düşüb
“Ümid” partiyasının sədr müavini Tamilla Qulaminin qızı və qardaşı oğlu itkin düşüb.
“İNFONEWS” APA-ya istinadən xəbər verir ki, bu barədə Tamilla Qulami özü məlumat verib.
Bildirib ki, onun 15 yaşlı qızı və 12 yaşlı qardaşı oğlu bu gün saat 14:00 radələrində Elmlər Akademiyası yaxınlığında yerləşən ünvandakı evdən çıxıb və geri qayıtmayıblar.
Sözügedən şəxsləri görənlərdən yaxınlıqdaki polis bölməsinə xəbər vermələri, yaxud 055 321 02 04 nömrəsinə zəng etmələri xahiş olunur.
Qeyd edək ki, hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət olunub