Azərbaycanda tanınmış müəllim koronavirusdan vəfat edib

Azərbaycanda tanınmış müəllim koronavirusdan vəfat edib

Azərbaycan Dövlət Neft Akademiyasının (ADNSU) Neft-qaz geologiyası kafedrasının dosenti Nəriman Nərimanov dünyasını dəyişib.

“İNFONEWS” “report”a istinadən xəbər verir ki, o, 82 yaşında koronavirusdan vəfat edib.

Nəriman Nərimanov neft-qaz yığımlarının axtarışı, struktur-tektonik quruluşu, geodinamik rejimi, kristallik bünövrənin neft-qaz perspektivliyi, süxurların petrofiziki xüsusiyyətləri istiqamətində elmi tədqiqatlar aparıb.

O, 93 məqalə, 18 tezis, 2 dərslik, 9 metodik göstərişin müəllifi olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir