Gənc polis dənizdə batan 4 nəfəri xilas edib özü həlak oldu

Gənc polis dənizdə batan 4 nəfəri xilas edib özü həlak oldu

“İNFONEWS” “Trend” -ə istinadən xəbər verir.

Bakıda çimərlikdə boğulmaqda olan şəxsi sudan çıxarmaq istəyərkən həyatını itirən gənc polis əməkdaşı həmin gün 4 nəfəri ölümdən xilas edə bilib.

Hadisə Xəzər rayonundakı “Mayak” çimərliyində baş verib. Əlahiddə Çevik Polis Alayının əməkdaşı, 21 yaşlı İbrahim Əlosmanov dənizə əslində çimməyə deyil, təsadüfən gedibmiş.

Məlumata görə, polis əməkdaşı sahildə olarkən dənizdə bir ailənin 5 üzvünün boğulmaq təhlükəsilə üzləşdiyini görüb. Özünü itirməyən İ.Əlosmanov dərhal dənizə girib və ilk cəhddə ailənin iki üzvünü xilas edib. Daha sonra o, daha iki nəfəri ölümdən qurtarıb sahilə çıxarıb. Həmin vaxt xilas etdiyi şəxslərdən biri qəflətən epilepsiya keçirib və həmin şəxsin dili qatlanıb. Polis əməkdaşı bu prosesdə də özünü itirməyib və həmin şəxsin həyatını təkrar xilas edə bilib.

Məlumatda bildirilir ki, İ.Əlosmanov 4 nəfəri xilas edəndən sonra yorulub taqətdən düşsə də, xilas edilənlər daha bir nəfərin dənizdə batmaq təhlükəsində olduğunu deyib. Yorğun olmasına baxmayaraq, polis əməkdaşı yenidən dənizə girərək həmin şəxsi də xilas etmək istəyib. Amma İ.Əlosmanov yorğun və halsız olduğundan sonuncu şəxsi xilas edə bilməyib. Dənizdə gücdən düşən polis əməkdaşı boğulan şəxsi tutsa da onu dənizdən çıxarmağa gücü çatmayıb. O həmin şəxsi köməksiz vəziyyətdə buraxmaq istəmədiyindən özü də onunla birlikdə boğulub. Küləkli hava şəraiti nəticəsində yaranan dalğa hər ikisini dənizin dərin yerinə atıb və onlar xilas ola bilməyiblər.

Qəhrəman polisin atası da ötən il vəfat edib.

ALLAH RƏHMƏT ELƏSİN!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir