“Elf dili”nin sehrli hekayələrindən yaranan məşhur roman
“İNFONEWS” xəbər verir.
Məşhur ingilis yazıçısı Con Ronald Ruel Tolkien yeni dil yaratmaq istəyinə düşür. Çünki o, ixtisasca dilçi-linqvist alim idi.
Daha sonra qərara gəlir ki, yeni yaradacağı dil “Elf dili” olsun və hətta dilin yaranması mövzusunda kiçik bir maraqlı hekayə də uydurub yazır. Lakin tezliklə yazıçı düşünməyə başlayır ki, onun hekayəsinin elfləri haranın sakinləri olsunlar, harada yaşasınlar…?
Və beləliklə, cənab Tolkein xəyallarında yavaş-yavaş yeni bir dünya yaradır ki, bu kiçik əhvalatlar tədricən romana çevrilir. Hazırda həmin roman məşhur “Üzüklərin hökmdarı” (The Lord of the Rings) əsəridir ki, bütün sehirli, qeyri-adi möcüzəli hadisələr məhz bu aləmdə cərəyan edir.
Arzu Məmmədqızı