Gürcüstanda rekord səviyyədə inflyasiya qeydə alınıb
Bu ilin avqustunda Gürcüstanda inflyasiya keçən ilin anoloji dövrü ilə müqayisədə 12,8 faiz olub və son 10 il ərzində bu sahədə rekord yenilənib.
“İNFONEWS” APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
İnflyasiya qida məhsulları və alkoqolsuz içkilər üzrə 16,2 faiz, nəqliyyat üzrə 22,5 faiz, səhiyyə üzrə 10,5 faiz, yaşayış, su, elektrik və qaz sahələri üzrə 11,6 faiz olub.
Beynəlxalq Valyuta Fondunun proqnozuna əsasən, bu il Gürcüstanda orta inflyasiya 7,3 faiz səviyyəsində olacaq, dekabrda ötən ilin anoloji dövrü ilə müqayisədə 9,4 faizə çatacaq. 2022-ci ildə ölkədə inflyasiyanın 2,8 faizə enəcəyi proqnozlaşdırılır.