AMEA-nın elmi əməkdaşı vəfat edib
AMEA Ədəbiyyat İnstitutunun elmi əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, ədəbiyyatşünas, tənqidçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Xanverdi Turaboğlu vəfat edib.
“İNFONEWS” xəbər verir ki, bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza bildirib.
Mərhum dünən Cəlilabad rayonunun Maşlıq kəndində dəfn olunub.
Xanverdi Turaboğlu müasir ədəbi proseslə o cümlədən klassik Azərbaycan, rus, türkmən ədəbiyyatı ilə bağlı bədii yaradıcılığın nəzəri-estetik problemlərinə həsr olunmuş bir sıra irihəcmli elmi-tədqiqat və tənqidi əsərlərin müəllifidir.
Allah rəhmət eləsin.