Koronavirusdan sonra yaranan fəsadları necə aradan qaldırmaq olar?
Yüngül və ya ağır keçirilməsindən asılı olmayaraq, koronavirusun kəskin dövrü, yəni 14 gün ötdükdən sonra bəzi şəxslərdə müəyyən əlamətlər qalır.
“İNFONEWS” xəbər verir ki, bunu ARB24-ün “Gündəm” verilişinə açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkimi Vəfa Ağayeva deyib.
O bildirib ki, bu əlamətlər əzələ ağrısı, halsızlıq, iybilmə, dadbilmənin itməsi və öskürək ola bilər:
“Bu əlamətlərin qalması normaldır. Qeyd edim ki, 14 gün sonra sağalan əksər insanlarda xəstəliyin yoluxuculuq qabiliyyəti demək olar ki, azalır. Ona görə 14 gün sonra onlar çölə çıxa bilərlər. Amma yenə də həmin şəxslər qoruyucu tədbirlərə əməl etməlidirlər. Maska, əlcək geyinməli, məsafə saxlamalıdırlar. Bundan başqa koronavirusdan sonra pessimist olmamalıdırlar. İmmunitetin sürətli bərpası üçün aktiv həyat tərzinə keçməli və yaxşı qidalanmalıdırlar”.