Xalq artisti Prezident təqaüdünü qazilərə verdi
“İNFONEWS” xəbər verir.
Azərbaycanın xalq artisti, “Şərəf” ordenli Flora Kərimova ona təyin olunan Prezidentin fərdi təqaüdünün ilk ayını Vətən müharibəsi qaziləri arasında bölüb.
Nyus24.az-in məlumatına görə, xalq artisti təqaüdünü 2 qaziyə verib.
Həmin qazilər isə erməni əsirliyindən qayıdan Amin Musayev və döyüşlər zamanı ağır yaralanan Rəvan Əzizovdur.