“Hava proqnozu balacaların təqdimatında” layihəsi – YEKUN

“Hava proqnozu balacaların təqdimatında” layihəsi – YEKUN

MÜKAFATLANDIRILMA

 

Avqustun 1-də “İNFONEWS” komandası olaraq, yay fəslinin rəngarəngliyini, hər yerdə tətil abu-havasının olmasını və əlbəttə ki, gündəmi bəzəyən gül balalarımızın isti hava, dondurma, əyləncə, gəzinti sevincini nəzərə alaraq, saytın “Hava proqnozu” bölməsini sevimli balacaların iştirakı ilə layihəsinə start verdik.

Xaricdə yaşayan soydaşlarımızın övladlarının işıqlandırılması layihənin əsas məqsədlərindən biri idi. Xüsusilə, Vətəndən qürbətdə yaşayan bir ailənin ən körpə üzvü ilə beynəlxalq sərgidə iştirak etməsi zamanı, 2 yaşlı qızının bütün ölkələrin bayraqları olduğu masaya yaxınlaşaraq, Azərbaycan bayrağını götürməsi və soruşanda ki, “bu qədər bayrağın içindən niyə məhz bu bayrağı seçdin”, – sualına, “ən gözəl bayraq bu idi”- deməsi hadisəsindən təsirlənərək, qürurlanaraq belə bir layihəni ərsəyə gətirmək qərarını verdik.

Qeyd etməliyik ki, heç düşünmədən ilk buraxılışımızı 44 günlük Vətən Müharibəsi zamanı Gəncə hadisələrindən tanıdığımız, yaralı olduğu halda belə özünün  təbəssümü ilə həm dünyaya, həm də düşmənlərə mesaj verən, hər dəfə şəklini-videonusu izləyənlərin ona min kəz “gülüşünə qurban olum” deyilən balaca igidimiz Bəxtiyar Heydərli ilə təqdim etdik.

Heç inanmazdıq ki, qısa zaman ərzində layihə bu qədər sevilib, populyarlaşacaqdır. Hər gün izləyicilər tərəfindən gələn məktublar, layihə barədə deyilən xoş sözlər, ən əsası isə layihənin davamını diləyənlər buna bir daha sübutdur.

Artıq layihəmiz sona çatıb. Əvvəldən də qərar verdiyimiz kimi, buraxılışın baxış sayı, yazılan şərh sayı, müzakirə sayı çox olan layihə iştirakçıları “İNFONEWS”  media mükafatı ilə mükafatlandırılıblar.

Bəxtiyar Heydərli “İGİDLİK SİMVOLU” nominasiyasında, ilk 10-luqda olan iştirakçılar – Fərəh Orucəliyeva (I YER), Aydan Həsənli (II YER), Tuncay və Mətin Babayevlər (III YER), İsmayıl Şirinov (IV YER), Sevinc Hüseynzadə (V YER), İbrahim Mustafazadə (VI YER), Pərviz Firuzi (VII YER), Elif Hüseynli (VIII YER), Zümrüd Niyazsoy (IX YER), İnci Cəfərli (X YER) “ƏN REYTİNQLİ BALACA” nominasiyasında media mükafatı ilə, digər uşaqlar isə “LAYİHƏDƏ İŞTİRAKINA GÖRƏ” sertifikatlarla təltif ediliblər.

Layihəmizə böyük həvəs, hörmət və sevgi ilə qatılan bütün ailələrə can sağlığı, ailə firavanlığı arzu edirik. Harada yaşamasından asılı olmayaraq, ürəyi Azərbaycınımızla döyünən bütün övladlarımıza təhsildə, gördükləri işlərdə uğurlar arzu edirik.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir