Amerikalı məşhur serialların aktyoru mənzilində ölü tapılıb

Amerikalı məşhur serialların aktyoru mənzilində ölü tapılıb

“İNFONEWS” xəbər verir.

Amerikalı aktyor Maykl Kennet Uilliams vəfat edib.

“New York Post”un yayımladığı məlumata görə, 54 yaşlı aktyor bazar ertəsi günü Nyu-Yorkun Bruklin rayonundakı mənzilində ölü tapılıb.

Mənzildə narkotik olması da vurğulanıb, bu da sənətçinin həddindən artıq dozada narkotik qəbulundan ölə biləcəyini istisna etmir.

Uilliams əsasən “The Wire”, “Boardwalk Empire”, “The Sopranos” və digər seriallardakı rolları ilə tamaşaçılar tərəfindən tanınır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir