Hava proqnozu – Sentyabrın 8-də bizi hansı hava gözləyir?

Hava proqnozu – Sentyabrın 8-də bizi hansı hava gözləyir?

“İNFONEWS” xəbər verir.

Sentyabrın 08-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-19° isti, gündüz 22-24° isti, Bakıda gecə 17-19° isti, gündüz 22-24° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında: Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə saatlarında Böyük Qafqazın və Lənkəran-Astara zonasının bəzi yerlərində intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gecə ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 6-11° isti, gündüz
12-17° isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir