Azərbaycanda koronavirusa yoluxma halları üzrə statistika açıqlanıb.
İNFONEWS xəbər verir ki, bu barədə koronavirusinfo.az saytı məlumat yayıb.
Belə ki, Bakı üzrə yoluxma faizi yenə də ən yüksək – 52.0 faiz təşkil edir.
Bakıdan sonrakı yoluxma sayında yüksək göstərici Aran bölgəsinə aiddir. Bu ərazidə yoluxma 13.5 faizdir. Abşeronda 12.8 faiz, Gəncə-Qazaxda 8.3 faiz, Quba-Xaçmazda 3.1 faiz, Lənkəranda 2.9 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faiz, Naxçıvan Muxtar Respublikasında 0.05 faiz təşkil edir.
Ölkə xarici yoluxma isə 0.4 faizdir.