Bu vaksinlə peyvəndlənənlər Almaniyaya gələ bilməzlər- RƏSMİ

Bu vaksinlə peyvəndlənənlər Almaniyaya gələ bilməzlər- RƏSMİ

“İNFONEWS” xəbər verir.

Berlin Məhkəməsi İran vətəndaşı və ailəsinin “Sinovac” vaksini ilə bağlı iddia ərizəsinə dair hökmünü açıqlayıb.

“Haber Global” -in məlumatına görə, ədliyyə orqanı Avropa İttifaqı ölkəsi vətəndaşı olmayan və koronavirusa qarşı “Sinovac” peyvəndilə vaksinasiya olunmuş şəxslərin ölkəyə buraxılmaması ilə bağlı qərarı qanuni sayaraq qüvvədə saxlayıb.

Məhkəmə qətnaməsinə əsasən, adıçəkilən vaksinlə peyvənd olunanlar əvvəllər olduğu kimi, bundan sonra da Almaniya ərazisinə buraxılmayacaq.

Qeyd edək ki, ölkə hökuməti yalnız “BioNTech/Pfizer”, “Moderna”, “AstraZeneca” və “Johnson & Johnson” vaksinlərini rəsmən tanıyır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir