“Türk marafonu 2021” məqalə müsabiqəsi – Qaliblər AÇIQLANDI

“Türk marafonu 2021” məqalə müsabiqəsi – Qaliblər AÇIQLANDI

“İNFONEWS” xəbər verir.

Türkdilli vikimediyaçılar istifadəçi qrupu tərəfindən təşkil olunan “Türk marafonu 2021” məqalə müsabiqəsi sona çatıb və qaliblər müəyyənləşib.

Bu barədə müsabiqənin Azərbaycan dili bölməsindəki təşkilatçısı Eldar Əzimov məlumat verib. O bildirib ki, müsabiqənin nəticələrinə görə, Nuray Tanrıverdiyeva I, Rövşən Məmmədli II və Sura Şükürlü III yerə layiq görülüblər. Qaliblər 200, 150 və 50 AZN dəyərində hədiyyə kartları qazanıblar. Müsabiqə ərzində türkdilli ölkələr içərisində ən çox məqalə Azərbaycan dilindəki “Vikipediya”da yaradılıb. Ümumilikdə ay ərzində 810 məqalə Azərbaycan, 342 türk, 426 tatar, 9 özbək və 34 məqalə qazax dilində yaradılıb. Ümid edirik ki, qaliblər bundan sonra da “Vikipediya”nın inkişafında əvəzedilməz xidmət göstərəcəklər.

Qeyd edək ki, müsabiqənin Azərbaycan dili bölməsindəki təşkilatçıları doğma dilimizdə “Vikipediya” idarəçiləri Eldar Əzimov və Elgün Atalıyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir