Azərbaycanda şagirdlərin yerdəyişməsi dayandırılır
Sentyabrın 12-si saat 20:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi üzrə sorğuların qəbulu müvəqqəti olaraq dayandırılacaq.
Təhsil Nazirliyindən “İNFONEWS”-a verilən məlumata görə, sorğuların qəbulunun müvəqqəti dayandırılması yeni tədris ili üçün siniflərin komplektləşdirilməsi ilə bağlıdır.
16 sentyabr saat 20:00-dan etibarən isə portalda ümumi təhsil müəssisələri tərəfindən sorğuların təsdiqi funksiyası müvəqqəti işləməyəcək.
Elektron yerdəyişmə prosesinin yenidən başlanacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.