ÜST: “Pandemiyanın vaksinasiya ilə bitəcəyinə şübhə edirik”
Dünya ölkələrində koronavirusa yoluxma sayının artmasının bir nömrəli səbəbkarı olaraq göstərilən “Delta” variantı Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) narahat edir.
“İNFONEWS” “Haber Global”-a istinadən xəbər verir ki, bu barədə qurumun Avropa bölməsinin rəhbəri Hans Klüge məlumat verib.
O, əvvəlcə qlobal miqyasda vaksinasiyanın 70% səviyyəsinə çatdığı halda pandemiyanın başa çatacağını düşündüklərini, lakin artıq fikirlərini dəyişərək buna şübhə etdiklərini bildirib.
Klügenin sözlərinə görə, hazırda təşkilat peyvəndin əlavə dozaları barədə müzakirələr aparır.