Bu gün COVID-19 əleyhinə 69 min dozadan çox peyvənd vurulub

Bu gün COVID-19 əleyhinə 69 min dozadan çox peyvənd vurulub

“İNFONEWS” xəbər verir.

Sentyabrın 14-də Azərbaycanda 69 min 221 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 22 min 23, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47 min 198 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 7 milyon 680 min 427, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 530 min 138, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 150 min 289 nəfər təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir