Rusiyada azərbaycanlı “qanuni oğru” saxlanılıb
Rusiyada azərbaycanlı “qanuni oğru” Taleh Dağlıyev yerli polis tərəfindən saxlanılıb.
“İNFONEWS” xəbər verir ki, bu barədə “Primecrime” portalı məlumat yayıb.
Kriminal avtoritet Stavropol diyarının Mineralnıe Vodı şəhərində tutulub.
Tolik Noqinski kimi tanınan 37 yaşlı Taleh Dağlıyevə qarşı qanunsuz narkotik maddə saxlama ittihamı irəli sürülüb.