Çoxları bilmir ki, “ZURNAÇI” ifadəsi Üzeyir bəyə məxsusdur
“İNFONEWS” xəbər verir.
Üzeyir Hacıbəylinin anadan olduğu gün – 18 sentyabr “Milli Musiqi Günü”dür.
Dahi Üzeyir bəyin doğum gününü xalqımız musiqi bayramı, incəsənət festivalı, ustadın xatirələr günü kimi qeyd edir və ziyalılar sosial şəbəkələrdə bu münasibətlə ən maraqlı hadisələri paylaşırlar.
Hörmətli ziyalımız, gənclərin sevimlisi Arzu Məmmədova öz Facebook sosial şəbəkə hesabından maraqlı paylaşım edib.
Arzu xanımın həmin paylaşımını sizə təqdim edirik:
Ətrafımdakı tələbələrin əksəriyyəti bilir ki, ən çox işlətdiyim ifadələrdən biri “Zurnaçı”dır…
Amma çoxlarının heç xəbəri belə yoxdur ki, bu kəlmə məhz Üzeyir Hacıbəyliyə məxsusdur.
Üzeyir bəy elə bir dühadır ki, onun həyat və yaradıcılığını araşdırdıqca hər dəfə onu yenidən kəşf edirsən və ona heyran qalmamaq mümkünsüzdür.
1920-ci il 25 aprel tarixli “Azərbaycan” qəzetində (təəssüf ki, Azərbaycan Demokratik Cümhuriyyətinin devrilməsinə iki-üç gün qalmış) Üzeyir bəy iti qələmi ilə bolşevik hakimiyyətini özünəməxsus tərzdə tənqid edərək, sonuncu felyetonunu dərc etdirir. Dahi ustad elə həmin felyetonunun əvvəlində “Zurna”, sonunda isə “ÇI” imzası ilə verib.
Ruhun şad olsun, Uzeyir bəy!
Qeyd edək ki, Arzu Məmmədova (Arzu Məmmədqızı) – Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) KİM 24/7 Kitabxanasının müdiridir.