Bakıda xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb
“İNFONEWS” xəbər verir.
Paytaxtda ilk dəfə olaraq xüsusi qabarıq sahəyə malik piyada zolağı yaradılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, piyada zolağı Bakı Nəqliyyat Agentliyinin layihəsi çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Nizami İsmayılov küçəsinin əsaslı şəkildə təmiri zamanı salınıb. 146 nömrəli tam orta məktəbin qarşısında yaradılan piyada zolağı təhlükəsiz keçidi təmin edəcək.
Layihə çərçivəsində piyada zolağının ətrafında zəruri yol nişanları quraşdırılıb.