Qaz xəttinə qanunsuz müdaxilələrin qarşısı alınıb
“İNFONEWS” xəbər verir.
“Azəriqaz” İB-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən Abşeron rayonunun Masazır qəsəbəsində qaz xəttinə qanunsuz bir neçə müdaxilə faktını aşkar ediblər.
İctimai Birlikdən bildirilib ki, qaz qurğuları və avadanlıqlarına qanunsuz müdaxilə təhlükəsizlik baxımından bədbəxt hadisə ilə nəticələnə bilər. Abonentlər bir daha qeyri-qanuni, özbaşına şəkildə qaz xətlərinə müdaxilə hallarından uzaq durmağa çağırılır. Belə halları müşahidə edənlərdən Birliyin 104/185 saylı Çağrı mərkəzinə məlumat vermələri xahiş olunur.