Azərbaycan neftinin qiyməti bahalaşdı
Azərbaycan nefti bahalaşıb.
“İNFONEWS” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin dəyəri 0,58 ABŞ dolları və ya 0,74 faiz artıb.
Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 79,08 ABŞ dolları təşkil edib.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,64 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 77,34 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,7 dollar/barel çoxdur.