Rayon xəstəxanasında həkim niyə tapılmır?
Cəlilabad rayon Mərkəzi Xəstəxanasında (RMX) tibb işçiləri tapılmır.
“İNFONEWS” “oxu.az”a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Vətəndaş iddia edir ki, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına gəlib müraciət etməyə bir nəfər tapılmır. Otaqlarda nə həkim var, nə tibb bacısı.
Məsələ ilə bağlı Cəlilabad RMX-nın direktoru Elnur Azadxanov bildirib ki, sözügedən xəstəxana xüsusi rejimli pandemiya xəstəxanası kimi fəaliyyət göstərir:
“Bu səbəbdən çəkilişin aparıldığı şöbədə xəstə qəbulu dayandırılıb. Karantin rejiminin qaydalarını ciddi şəkildə pozaraq xəstəxanaya daxil olan həmin vətəndaşla bağlı isə artıq aidiyyəti orqana müraciət edilib”.