27 sentyabr ANIM GÜNÜDÜR!

27 sentyabr ANIM GÜNÜDÜR!

27 sentyabr 2020-ci il – Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusunun Zəfərə gedən yolda ilk addımladığı – 2-ci Vətən Müharibəsinin başladığı gündür.

Məhz 1 il öncə Şanlı Ordumuz mənfur düşmənin növbəti təxribatının qarşısının alınması, həmçinin hərbi təcavüzünə cavab olaraq Ali Baş Komandanın rəhbərliyi ilə əbədi-əzəli torpaqlarımızın işğaldan azad edilməsinə başladı. Vətən müharibəsində qəhrəmancasına şücaət göstərən, Şanlı Üçrəngli Bayrağımızı işğaldan azad edilən doğma torpaqlarımızda dalğalandıran, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün Şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamını rəhbər tutaraq, sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Gününü biz də hamılıqla qeyd edirik.

Şəhidlərimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!
Ruhunuz şad olsun!

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Orxan Vəliyev

“İNFONEWS” İnformasiya Agentliyinin Baş redaktoru

“İNFONEWS”

27 sentyabr ANIM GÜNÜDÜR!
27 sentyabr ANIM GÜNÜDÜR!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir