Anım Günü münasibətilə videoçarx 63 xarici ölkədə yayımlandı
“İNFONEWS” xəbər verir.
“Azerbaijani Ladies Club” (ALC) və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Kitabxana İnformasiya Mərkəzinin 24/7 Kitabxanasının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım gününə həsr edilən “VƏTƏN” videoçarxı hazırlanıb.
Qeyd edək ki, “Azerbaijani Ladies Club” dünyanın 63 ölkəsində fəaliyyət göstərən, Azərbaycanı yüksək tribunalardan təqdim edən və gördüyü işlərə görə dəfələrlə dövlət tərəfindən yüksək qiymətlədirilən xanımlar təşkilatı olaraq, müxtəlif layihələr, tədbir, seminar və vebinarlar ilə məlumatlandırma, maarifləndirmə, dövlətimizin gerçək uğurlu siyasətini təbliğ edən, eləcə də Qarabağ müharibəsi Şəhid və Qazi ailələrinə maddi-mənəvi dəstək olan fəaliyyəti ilə bu gün örnək qurumlardandır.
“VƏTƏN” videoçarxının ideyası və layihə rəhbəri UNEC KİM 24/7 Kitabxanasının müdiri Arzu Məmmədovaya, təşkilatı dəstək ALC prezidenti Kəmalə Cəlilovaya, videonun hazırlanması Qurban Qurbanzadəyə aiddir.
Layihədə Qahirədə, Niderlandda, Danimarkada, Kanadada, Fransada, Oman Sultanlığında, Norveçdə, Birləşmiş Ərəb Əmirliyində yaşayıb-fəaliyyət göstərən, ürəyi Azərbaycanla döyünən ziyalı xanımlar iştirak edib.
Vətən torpaqlarının bütövlüyü uğrunda canından keçən Şəhidlərimizin xatirəsini əziz tutur, dərin ehtiramla ruhları qarşısında baş əyirik.
ALLAH ŞƏHİDLƏRƏ RƏHMƏT ELƏSİN!
Videoçarxı təqdim edirik.