BDU-nun qarşısındakı izdihamın səbəbi açıqlanıb

BDU-nun qarşısındakı izdihamın səbəbi açıqlanıb

“İNFONEWS” xəbər verir.

Universitetlərin əyani tədrisə başladığı ilk gün tələbələrin COVID-19 pasportunun yoxlanılması Bakı Dövlət Universitetinin (BDU) qarşısında böyük izdihama səbəb olub.

Məsələ ilə bağlı açıqlama verən BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva bildirib ki, tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri səbəbindən sıxlıq yaşanıb:

“Mühafizəçilərimizin universitetin xaricinə nəzarət etməsi mümkün deyil. Lakin hər bir korpusda və fakültələrdə tələbələrin COVID-19 pasportunun olub-olmaması fərdi qaydada yoxlanılır”.

Qeyd edək ki, bu gündən ümumi təhsil müəssisələrinin V-XI sinifləri üzrə, eləcə də məktəbdənkənar, peşə, orta ixtisas və ali təhsil müəssisələrində ənənəvi şəkildə tədrisə başlanılıb. İbtidai siniflər üçün tədrisə isə sentyabrın 22-də start verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir