Respublika Gənclər Kitabxanasının növbəti kitabı dərc edildi
“İNFONEWS” xəbər verir.
Kitabxana-informasiya fəaliyyətində marketinq texnologiyalarının ortaya çıxması, informasiyanın əmtəyə çevrilməsi nəticəsində, dünya informasiya bazarının 80-90-cı illərinin son-larında formalaşması ilə əlaqədardır. Kitabxana marketinqinin əsas məqsəd və vəzifələri tam oxucu məmnuniyyətini təmin etmək, maksimum istehlaka nail olmaq, bazarın profil seqmentində möhkəmlənmək, məhsul və xidmətlərin optimal seçiminin təmin edilməsi, perspektivli tələbin inkişafı, müsbət bir görüntünün yaradılması və qorunmasıdır.
Qərb ölkələrində kitabxana və informasiya fəaliyyəti ölkəmizdən fərqli olaraq daha geniş şaxələnmiş formadadır və bu fəaliyyətlə qeyri-kommersiya müəssissələri ilə yanaşı kommersiya şirkətləri də məşğul olur. Buna görə də bu ölkələrdə kitabxana və informasiya fəaliyyətinin marketinq fəaliyyəti çoxaspektlidir. Təssüf ki, ölkəmizdə kitabxana marketinqinin tətbiqi məcburi və sistemli olmayıb, kitabxana rəhbərlərinin təşəbbüsü ilə həyata keçirilir. Marketinq texno-logiyalarının kitabxana fəaliyyətinə daxil etməklə, kitabxanalarımızda kommunikasiya siyasətini təkmilləşdirmək, marketinq planlaşdırma və nəzarətini, kitabxana və informasiya məhsul və xidmətlərinin bazar analizini uğurla həyata keçirmək mümkün olardı.
Respublika Gənclər Kitabxanasının yeni kitabı – “Kitabxana informasiya fəaliyyətində rəqəmsal marketinq” adlı kitab bu sahədə ana dilimizdə ədəbiyyatın yoxluğu problemini aradan qaldırmaq üçün yazılmışdır. Kitab rəqəmsal kitabxana marketinqinin bütün əsas müasir və ənənəvi aspektlərini nəzərə alan ilk azərbaycan dilli kitabdır. Kitab rəqəmsal marketinqini məntiqi ardıcıllıqla öyrənməyə və onun ən vacib cəhətlərini mənimsəməyə imkan verən aydın quruluşa malikdir. Materialın təqdimatı yüksək dərəcədə detallarla seçilir. Kitab əsasən nəzəri materiallardan ibarətdir, lakin burada həm nümunələr, həm də tövsiyələr var ki, bu da kitabın yalnız nəzəri deyil, həm də praktiki dəyərə malik olduğunu təsdiq etməyə əsas verir. Kitab universitet tələbələri, müəllimlər, marketinq və marketinq tədqiqatları ilə məşğul olan mütəxəsislər üçün nəzərdə tutulmuşdur