Bu xidmətdən pulsuz istifadənin asan yolu

Bu xidmətdən pulsuz istifadənin asan yolu

İcbari Tibbi Sığorta əhalinin tibbi yardım almaq hüququnu təmin edən bir sistemdir. Hazırda əhali İcbari Tibbi Sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə edir. İcbari Tibbi Sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusu da xidmətlər zərfidir. Xidmətlər zərfində 2500 sayda tibbi xidmət mövcuddur ki, əhali bundan pulsuz istifadə edə bilər.

“İNFONEWS” xəbər verir ki, Bakıda və digər şəhərlərdə bu xidmətdən istifadə etmək istəyən vətəndaşlar müəyyən çətinliklərlə üzləşirlər.

Belə çətinliklərlə üzləşən şəxslərdən biri İTV-də yayılmanan “Sabaha saxlamayaq” verilişində qonaq olub və problemini dilə gətirib. Buna cavab olaraq isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçi qrupunun üzvü Könül Ələkbərov bildirib ki, vətəndaşlar tibbi sığortadan istifadə zamanı hər hansı problemlə üzləşməmək üçün ilkin olaraq ailə həkiminə müraciət etməlidir. Daha sonra müvafiq yaşadığı xəstəxanada müayinələrdən keçməlidir.

Qeyd edək ki, Nazirlər Kabinetinin Mətbuat Xidmətindən verilən məlumata görə, Xidmətlər Zərfi sığortaolunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən icbari tibbi sığortanın təminat verdiyi tibbi xidmətlərin toplusudur. Xidmətlər Zərfinə 1) təcili və təxirəsalınmaz tibbi yardım, 2) ilkin səhiyyə xidməti, 3) ixtisaslaşdırılmış ambulator yardım, 4) stasionar tibbi yardım üzrə cəmi 2 500 sayda müxtəlif tibbi xidmət daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir