Azərbaycan neftinin qiyməti yenidən bahalaşıb
“İNFONEWS” xəbər verir.
Azərbaycan neftinin qiyməti bahalaşıb.
“Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,36 dollar artaraq 80,44 dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin minimum qiyməti 2020-ci ilin aprelin 21-də (15,81), son iki il ərzində maksimum qiyməti isə bu il sentyabrın 27-də (80,77) qeydə alınıb. Neft qiymətlərinin artımına səbəb əksər ölkələrdə COVID-19-la bağlı yumşalmanın tətbiqi və qlobal miqyasda vaksinasiya prosesi olub.