Sinaqoqa hücum edən şəxs ağır cəzaya məhkum edildi
“İNFONEWS” xəbər verir.
ABŞ məhkəməsi 2019-cu ildə Kaliforniya sinaqoquna hücum edən Con Ernestə hökm çıxarıb.
22 yaşlı cinayətkar ömürlük həbs cəzasına məhkum olunub.
Xatırladaq ki, Kaliforniyanın Povey şəhərində sinaqoqda atışma 27 aprel 2019-cu ildə baş verib. Hadisə nəticəsində bir qadın ölüb, daha üçü yaralanıb. Hücumdan bir neçə saat əvvəl Ernest radikal portallardan birində antisemitik məktub nəşr edib.