Kitabxanaçılıq-biblioqrafiya sahəsi üzrə yeni kitab çap edildi

Kitabxanaçılıq-biblioqrafiya sahəsi üzrə yeni kitab çap edildi

“İNFONEWS” xəbər verir.

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya fakültəsinin Biblioqrafiyaşünaslıq kafedrasının müdiri dosent Nadir İsmayılov və fakültənin elmi işlər üzrə dekan müavini dosent Zahidə Rzayevanın “Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsində sənəd axınının təşəkkülü, inkişafı və müasir vəziyyəti” adlı monoqrafiyası nəşr olunub.

BDU-dan bildiriblər ki, monoqrafiyada Azərbaycanda kitabxanaçılıq-biblioqrafiya sahəsinə dair sənəd axını təhlil edilib, müvafiq ümumiləşdirmələr aparılıb. Tədqiqatda ilk dəfə olaraq kitabxanaçılıq və biblioqrafiya üzrə fəaliyyətə sənədşünaslıq – sənəd axını müstəvisində baxılıb, sahə üzrə sənəd axınının inkişaf mərhələləri, inkişaf meyilləri, müvafiq sahələr üzrə sənəd şleyfi öyrənilib, elmi mühitin formalaşması və bu prosesdə ayrı-ayrı görkəmli şəxslərin və müəssisələrin rolu müəyyən edilib.

Eyni zamanda, monoqrafiyada müasir dövrdə kitabxanaçılıq və biblioqrafiya, habelə kitabşünaslıq sahəsində sənəd axınının strukturu bibliometrik təhlilə cəlb olunub. Monoqrafiya mütəxəssis və tədqiqatçılar üçün nəzərdə tutulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir