Floridada “Vətən” məktəbi uğurla fəaliyyətinə davam edir
“İNFONEWS” xəbər verir.
“Uzun illər idi ki, Azərbaycan dilinin öyrənilməsi üçün məktəb yaratmaq layihəsi üzərində işləyirdik. Və nəhayət, çoxdan gözlənilən gün gəlib çatdı. Durmadan çalışdıq və ötən ilin noyabr ayının 21-də “Vətən” həftəsonu məktəbinin təntənəli açılışını etdik”
Bunu ABŞ Florida ştatında çalışan Azərbaycan–Amerika Mədəniyyət Mərkəzinin əməkdaşı Töhfə Eminova qısa müddətdə uğurlu fəaliyyəti ilə diqqətləri çəkən “Vətən” həftəsonu məktəbinin yaranması ilə bağlı müsahibəsində söylədi.
Töhfə xanım “Vətən” həftəsonu məktəbinin onun təşəbbüsü, Lalə və Samir Hüseynovların yardımı ilə ərsəyə gəlməsi, ən yaxşı müəllimlərin Azərbaycan dilində dərslərin keçirilməsinə cəlb edilməsini qeyd etdi. Eləcə də Töhfə Eminova hazırda məktəbin fəaliyyətinin mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn davam etməsini, Bakının aparıcı müəlimləri Sevda Abdullayeva və Gülüstan Əliyevanın ZOOM proqramı üzərindən məşğələlərə qatılmasını vurğuladı.
Biz də “İNFONEWS” komandası olaraq, “Vətən” həftəsonu məktəbinin təsisçiləri və əməkdaşlarına gördükləri işlərdə bolluca uğurlar arzulayırıq.