Hava proqnozu: Sabah Bakıda hava necə olacaq?

Hava proqnozu: Sabah Bakıda hava necə olacaq?

“İNFONEWS” xəbər verir.

Azərbaycanda oktyabrın 6-na Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən səhər və axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-15°, gündüz 15-17° isti olacaq. Atmosfer təzyiqi 766 millimetr civə sütunundan 770 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, oktyabrın 6-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü və rütubətli hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 10-14° , gündüz 15-18° isti, dağlarda gecə 0-4°, gündüz 4-7° isti, yüksək dağlıq ərazilərdə gecə 2-5°, gündüz 0-2° şaxta olacağı ehtimal edilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir