Diqqət Mərkəzi: Şəhidlər – Şəhid Elşən Quluzadə

Diqqət Mərkəzi: Şəhidlər – Şəhid Elşən Quluzadə

 

“İNFONEWS” təqdim edir.

Azərbaycan Gənclik Platformu (AGP), “İNFONEWS” Operativ İnformasiya Agentliyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının birgə təşkilatçılığı ilə “Diqqət Mərkəzi: ŞƏHİDLƏR” layihəsi bugünki həmsöhbətimiz Şəhid Elşən Quluzadənin atası Qulu Quluzadədir.

Elşən Quluzadə 20 oktyabr 1988-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində anadan olub.  Uşaqlıq illərindən həmyaşıdlarından fərqlənən Elşən orta məktəb dövründə də öz fəallığı və savadı ilə seçilirdi. Elşən təhsilini Bakı Dənizçilik Kollecində davam etdirir. Uşaqlıq və gənclik illərində onu hər kəsdən fərqli edən isə Vətənə bağlılığı, sevgisi olub.

Bunu Şəhidimizin atası Qulu ata söhbət zamanı söylədi və əlavə etdi ki, Elşənin bütün arzuları Vətənlə bağlı idi.

Elşən Quluzadə sonradan Gəncədə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi hissəsində xidmətə başlayır. Bu xidmət müddəti 2 il davam edir ki, daha sonra Biləcəriyə yönləndirilən Elşən həm də snayper kurslarını bitirərək, birinciliyi ilə seçilirir.

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə  savaşır. Elşən Quluzadə oktyabrın 11-də Füzuli döyüşləri zamanı ağır yaralanır və Yevlaxda hərbi tibb müəssisəsinə yerləşdirilir. Komadan çıxan kimi Elşəni Bakıya Mərkəzi Gömrük Hospitalına göndərirlər. Elşənin sağalacağı üzrə olduğunu görən həkimlər və onu tezliklə reabilitasiyaya göndərəcəklərini deyirlər.

Elşən Quluzadə 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində Koma vəziyyətinin 100-cü günündə şəhid olub. Onunla vida mərasimi Təzəpir məscidində baş tutub. Vida mərasiminə daxili işlər naziri Vilayət Eyvazov və birinci müavini general-leytenant Seyfulla Əzimov qatılıb. Elşən Quluzadə Füzuli rayonunun Mahmudlu kəndində dəfn edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Aəzrbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Azərbaycanın Cərbayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra “Cərbayılın azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Aəzrbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elşən Quluzadə ​ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib.

Şəhadətə uğramamışdan öncə “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə, Şəhid olduqdan sonra isə digər medallar ilə təltif edilib.

Qeyd edək ki, Şəhidimiz sonuncu dəfə evlərində Cəbrayıl işğlaldan azad ediləndən sonra olub. Elşən xəstəxanada olduğu müddətdə ailəsi ilə davamlı əlaqə saxlayıb və hər dəfə də onlara narahat olmamalarını deyib. Elşən atası ilə sonuncu dəfə telefonla əlaqə saxlayanda yeganə arzusunun Azərbaycanın torpaqlarının bütövlüyü, erməni işğalına son qoyulması, Vətəninin azad edilməsi olduğunu bildirib.

1-ci Qarabağ Müharibəsinin iştirakçısı olan Şəhid Elşən Quluzadənin atası özünün ən böyük arzusunu da söylədi; oğluna ayrıca ev tikmək və ona toy edib gəlin gətirmək…

Şəhid Elşən Quluzadənin atası Qulu ata üzünü şəhid ailələrinə tutaraq, qürurla dedi:

“Allah heç bir valideynə övlad acısı yaşatmasın. Şəhid ailələri başlarını həmişə dik tutsunlar! Şəhidlər balalarımız təkcə bizim deyil, bütün xalqın fəxridir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin.”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir