“Azerbaijani Ladies Club” ALC 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə görüş keçirib

28 dekabrda dünyanın 34 ölkəsində yaşayan azərbaycanlı xanımlarını biraraya gətirən “Azerbaijani Ladies Club” ALC (“Azərbaycan Xanımlar Klubu”) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə ZOOM üzərindən fəxri qonaqlar Millət Vəkili Elşad Mirbəşir oğlu və ehtiyatda olan polkovnik-leytenant Elmar Hüseyn olmaqla görüş keçirib.

“İNFONEWS” xəbər verir ki, vebinara dəvətli qonaqlar içərisində Azərbaycanda Türk Səfirliyinin mətbuat müşaviri Hüseyn Altınala, Qarabağ qaziləri, Azərbaycan gənclərərini təmsil edən UNEC İqtisadçı Vətənpərvərlər Təşkilatının sədri, gənc xanəndə Yusif Cəfərbəyli və müxtəlif ölkələrdən çoxsaylı qonaqlar qatılıb.

Görüşün spikerləri öz ölkələrində gördükləri işlər, eləcə də 44 günlük Vətən müharibəsi dövründə informasiya savaşında apardıqları mübarizədən danışıb, qazanılmış uğurları paylaşdılar. Bir neçə gün əvvəl Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təltif olunmuş qrup üzvlərinin hər biri bundan sonra da Azərbaycanın firavanlığı, inkişafı, Qarabağın quruculuğu, çiçəklənməsi istiqamətində görülən işlərə dəstək olacaqlarını vurğuladılar.

Sonda bu ilin birlik ili, həmrəylik ili olduğu və bu birliyin qorunub-saxlanması hamının əsas qayəsi olması söylənildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir