Gənc həmyerlimiz çempionatın qızıl medalını qazandı

Gənc həmyerlimiz çempionatın qızıl medalını qazandı

“İNFONEWS” xəbər verir.

Gənc həmyerlimiz Qacar Mirzə oktyabırın 2-si ve 3-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən ”Muay Tay Gənclər Çempionatı” çərçivəsində keçirilən üç döyüşdə mübarizə apararaq, yarımfinala vəsiqə qazanıb. Bütün döyüşlərin qalibi olaraq və finalda yüksək müvəffəqiyyət əldə edərək, çempionatın qızıl medalını qazanıb.

Qacar Mirzə 11 may 2006-cı ildə Bakı şəhərində anadan olub. Hələ uşaqkən idmana böyük maraq göstərib və kiçik yaşlarından üzgüçülük və güləş ilə məşğul olub. Yeddi yaşindan isə o Taekvondo idman növü ile ciddi məşqlərə başlayıb. Qacar valideynlərinin işi ilə əlaqədar 10 yaşından Birləşmiş Ərəb Əmirliklərinə köçüb və idmana olan hədsiz sevgisi onu ”Tiger kickboxing” klubuna gətirib çıxarır. Həmin klubda Muay Tay ve Kikboksinqlə məşqlərinə davam etməyə başlayır, və bununla da balaca oğlan böyük idman arenasına ilk addımını atmış olur. O dəfələrlə Kikboksinq ve Muay Tay üzrə yarışlarda iştirak edərək öz məqsədinə – birincilik əldə etmək arzusuna doğru yola çıxır. Onun çalışqanlığı və zəhmətkeşliyi öz bəhrəsini qısa zaman ərzində verir və 2019-cu ildə Qacar BƏƏ-də kecirilən ”Muay Tay Gənclər Çempionatında” gümüş medal qazanır, amma o, bununla qənaətlənmir, sürət və reaksiya bacarıqlarını daha da təkmilləşdirir.

Və nəhayət, Qacar Mirzə bu çempionatda öz kateqoriyasında ilk qızıl medalını qazanır.

“İNFONEWS” komandası olaraq, gənc soydaşımız ilə fəxr edir və ona gələcək yarışlarda uğurlar arzu edirik!

Nuranə Hüseynova (Abu-Dabi)

“İNFONEWS” -un Ərəb ölkələri və BƏƏ üzrə koordinatoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir