Cibgirlik edən qadın Xətai rayonunda saxlanılıb

Cibgirlik edən qadın Xətai rayonunda saxlanılıb

“İNFONEWS” xəbər verir.

Xətai rayonunda cibgirlik edən qadın saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 4-də paytaxt sakini V.Mirzəyevin cibindən 2500 manat məbləğində pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini S.Qaqaşova rayon polis idarəsinin 36-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı Xətai Rayon Polis Şöbəsi tərəfindən təhqiqat davam edir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir